Bakı. Trend:
ABŞ-nin videooyunların yaradılması üzrə ixtisaslaşmış“Rockstar Games” şirkəti dünyanın ən çox gözlənilən videooyunu sayılan “Grand Theft Auto 6” (GTA 6) oyunun buraxılışını 2026-cı ilə keçirib.
Trend xəbər verir ki, bu haqda şirkət öz “X” səhifəsində məlumat dərc edib.
“Grand Theft Auto 6 –nın buraxılışı daha 26 may 2026-cı ilə planlaşdırılır . Bunun sizin gözlədiyinizdən gec olduğuna görə, hər birinizdən üzr istəyirik”,- məlumatda bildirilib.
Bundan əvvəl “Rockstar Games” GTA6-nın 2025-ci ilin sonuna qədər işıq üzü görəcəyini bildirmişdi.
Buraxılış vaxtının ertələnməsi fonunda “Rockstar Games”-ə aid “Take-Two Interactive” şirkətinin səhmləri Nasdaq birjasında 16,43 faiz ucuzlaşaraq 196 (ABŞ) dollar 54 sentə satılıb.