...

Peruda hərbi gəmi neft platforması ilə toqquşub

Dünya xəbərləri Materials 3 May 2025 00:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Peruda Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmi neft platforması ilə toqquşub.

Trend xəbər verir ki, bu barədə məlumat ölkənin Hərbi Dəniz Qüvvələrinin X sosial şəbəkəsində dərc olunub.

Bildirilib ki, mayın 2-də səhər saatlarında Amazon çayı üzərində hərəkətdə olan Ucayali adlı hərbi gəmi Napo yaxınlığında Perenco şirkətinə məxsus Manati çayı platformasına çırpılıb.

Hadisə nəticəsində iki nəfər həyatını itirib, bir nəfər isə itkin düşüb. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Toqquşmanın səbəbi hələlik məlum deyil.

Xəbər lenti

Xəbər lenti