...

Mərkəzi Bank mikromaliyyə sektorunun inkişafını məhdudlaşdıran amilləri açıqlayıb

İqtisadiyyat Materials 2 May 2025 12:40 (UTC +04:00)
Mərkəzi Bank mikromaliyyə sektorunun inkişafını məhdudlaşdıran amilləri açıqlayıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) mikromaliyyə sektorunun inkişafını məhdudlaşdıran amilləri açıqlayıb.

Trend bu barədə AMB-nin “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədinə istinadən xəbər verir.

Məlumata görə, mikromaliyyə sektorunun inkişafını məhdudlaşdıran əsas amillərə mikromaliyyənin maliyyə sektorunun xüsusi alt-sektoru kimi formalaşmaması, əsas mikromaliyyə institutlarının resurs bazasının və çeşidinin məhdud olması, risklərin bölüşdürülməsi mexanizmlərinin yetərli olmaması və mikromaliyyə sektorunun xüsusiyyətlərinə uyğunlaşdırılmaması, habelə mikromaliyyənin əsas müştəri seqmentlərindən biri olan özünüməşğul əhali və ailə kəndli təsərrüfatlarının identifikasiyası sistemindəki zəifliklər aiddir.

Qeyd edilib ki, qanunvericilikdə mikromaliyyə seqmentinin müəyyən olunmaması da bu sahə üzrə təşviqedici prudensial və dövlət siyasətinin həyata keçirilməsi imkanlarını məhdudlaşdırır:

"Cari vəziyyət kiçik biznes kreditləşməsinə fokuslaşmış ixtisaslaşmış mikromaliyyə institutlarının formalaşmasını çətinləşdirir. Bu isə özünüməşğulluq və mikrosahibkarlığın inkişafı istiqamətində hökumətin siyasətinin effektiv şəkildə həyata keçirilməsini məhdudlaşdırır.

Əsas mikromaliyyə institutu hesab edilən BOKT-lərin portfelinin əsas hissəsinin istehlak kreditlərindən formalaşması “mikrokredit” anlayışının qanunvericilik çərçivəsinə daxil edilməsini və bu istiqamətdə təşviqedici siyasətin aparılmasının zəruriliyini göstərir".

Xəbər lenti

Xəbər lenti