...

Azad olunan ərazilərimizdə 100 min hektardan artıq sahə əkin dövriyyəsinə qatılmağa hazırdır - Komitə sədri

İqtisadiyyat Materials 2 May 2025 10:41 (UTC +04:00)
Azad olunan ərazilərimizdə 100 min hektardan artıq sahə əkin dövriyyəsinə qatılmağa hazırdır - Komitə sədri
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Son illərdə işğaldan azad olunan ərazilərimizdə 100 min hektardan artıq sahədə kənd təsərrüfatı məhsulları yetişdirilib, 100 min hektardan artıq sahə əkin dövriyyəsinə qatılmağa hazırdır. Bu bizim uğurdur, ölkə rəhbərinin kənd təsərrüfatına göstərdiyi qayğının nəticəsidir.

Trend xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev bu gün Bakıda keçirilən Aqrobiznesin İnkişafı Forumunda deyib.

O bildirib ki, ölkədə son illər kənd təsərrüfatınin inkişafında əsaslı dönüş var:

"Forumun məqsədi də ondan ibarətdir ki, ölkədə aqrar sahə daha da inkişaf etdirilsin.

Xüsusilə bu sahəyə maliyyə dəstəyinin verilməsi, yeni subsidiya alətlərinin yaradılmasını qeyd edə bilərəm.

Son 30 ildə Milli Məclisdə 300-dən çox qanunvericilik aktı qəbul olunub. Kənd təsərrüfatının hüquqi bazasının möhkəmləndirilməsi bizə imkan verir ki, sahibkarlıq subyektləri üçün güzəştlər tətbiq edək. Sahibkarlara dəstək verilməsi, onları həvəsləndirmək bilavasitə işimizin xeyrinədir".

Xəbər lenti

Xəbər lenti