...

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb - DİN

Hadisə Materials 2 May 2025 10:09 (UTC +04:00)
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb - DİN
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 1-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən, borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti