...

Avstraliyada dünyanın ən böyük "yaşıl" gəmisi suya buraxılıb

Dünya xəbərləri Materials 2 May 2025 10:10 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avstraliyanın “Incat” gəmiqayırma şirkəti tam elektrik sistemi ilə işləyən dünyanın ən böyük gəmisini suya buraxıb.

Trend xəbər verir ki, bu haqda “The Guardian” nəşri yazır.

“Hull 096” adlı verilmiş gəmi 130 metr uzunluqdadır və 2100 sərnişin tutumuna malikdir. Bundan başqa, gəmidə olan dayanacağa 225-ə qədər avtomobil sığışa bilir.

Elektrik enerjisi ilə işləyən gəminin Argentina və Uruqua sərhədində yerləşən Rio-de-Plata estuarisi boyunca sərnişinlərin daşınmasında istismar olunacağı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti