...

ABŞ-də avtomobillərə qoyulan 25% rüsum dünyada avtomobil istehsalatını azaldacaq - "Nikkei"

Dünya xəbərləri Materials 2 May 2025 11:59 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Donald Tramp administrasiyasının ABŞ-yə idxal olunan avtomobillərə əlavə 25 faizlik gömrük rüsumu tətbiq etməsi 2025-ci ildə qlobal səviyyədə avtomobillərin istehsalatını öncəki illə müqayisədə 2 faiz azalda bilər.

Trend xəbər verir ki, belə bir nəticəyə Yaponiyanın aparıcı iqtisadi nəşri olan “Nikkei” analitikləri gəlib.

“Nikkei” qeyd edir ki, Vaşinqtonun sərt rüsum siyasəti nəticəsində bütün dünya üzrə 1,55 milyon daha az maşın istehsal olunacaq.

Bundan başqa, nəşr bölgələr üzrə proqnozlarını da dərc edib.

Nəşrin ekspertləri hesab edir ki, 2025-ci ildə Avropa İttifaqı ölkələrində avtomobil istehsalı 3 faiz, Cənubi Koreya və Yapniyada 2 faiz, Cənubi Amerikada 9 faiz azalacaq.

Bu vaxta qədər ABŞ-də hər il təxminən 16 milyon avtomobil satılırdı. Bu, miqyasına görə, Çindən sonra dünyanın ikinci ən böyük maşın bazarı sayılır. “Nikkei” onu da qeyd edir ki, ABŞ-nin idxal etdiyi avtomobillərin təxminən 50 faizi xarici ölkələrdə istehsal olunmuş avtomobillərin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti