...

Azərbaycandan Qazaxıstana ixrac olunan qeyri-neft məhsullarının həcmi məlum olub

İqtisadiyyat Materials 2 May 2025 17:32 (UTC +04:00)
Azərbaycandan Qazaxıstana ixrac olunan qeyri-neft məhsullarının həcmi məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Qazaxıstana 20,4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,7 milyon ABŞ dolları və ya 73,8% çoxdur.

Hesabat dövründə Qazaxıstana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 2,64%-i həcmində olub. Bununla da Qazaxıstan Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 6-cı pillədə qərarlaşıb. Eyni zamanda, bu ilin yanvar-mart aylarında Azərbaycanla Qazaxıstan arasında ticarət əməliyyatlarının həcmi 118,7 milyon ABŞ dolları təşkil edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 47,9 milyon ABŞ dolları və ya 67,6% çoxdur. Hesabat dövründə Qazaxıstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1%-i həcmində olub.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Qazaxıstana 20,6 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,7 milyon ABŞ dolları və ya 72,5% çoxdur. Həmçinin, 2025-ci ilin yanvar-mart aylarında Qazaxıstandan Azərbaycana 98,1 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 39,3 milyon ABŞ dolları və ya 66,7% artım deməkdir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib. Son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti