Bakı. Trend:
Növbəti dövrdə kiçik və orta fermer təsərrüfatlarına fokusumuzu artıracağıq.
Trend xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bu gün Bakıda keçirilən Aqrobiznesin İnkişafı Forumunda deyib.
O bildirib ki, nazirliyin təşviq sistemi bu günə qədər məhsuldarlığın artırılmasına fokuslanıb:
"Artıq məhsula yönəlik subsidiyalaşdırmanın artdığını görürük. Gələcəkdə, yəqin ki, bizim təşviq sistemimiz suya qənaət və quraqlığa davamlı bitkilərin əkilməsinə fokuslanacaq".
"Biz təşviq sistemimizi növbəti dövrdə kiçik və orta fermer təsərrüfatlarına daha çox fokuslamalıyıq.
Həmçinin fermerlərə məhsullarını xarici bazarlara çəxarmalarında dəstək göstərə bilərik. Yəni logistik dəstək göstərə bilərik. Bu da onların məhsullarını xaricə çıxarma xərclərini azalda bilər. Kənd təsərrüfatının inkişafı ilə müvafiq məqsədli fondlar da yaradıla bilər. Nəticədə, biz bu sektorda adaptasiya və diversifikasiya təşviqlərini gücləndirməliyik", - nazir müavini vurğulayıb.