Bakı.Trend:
Bu il ADA Universitetində keçirilən Karyera Sərgisində 152 şirkət və dövlət qurumu təmsil olunur.
Trend xəbər verir ki, bunu ADA Universitetinin Karyera Xidmətləri ofisinin meneceri Təranə Aslanova jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, iştirak edən şirkətlərin sayı rekord həddə çatıb.
"Bu, ADA Universitetində təşkil olunan 13-cü karyera sərgisidir. Bu sərgi artıq ənənə halını alıb. Sərgidə həm məzunlar, həm də tələbələr iştirak edir. Hazırda təmsil olunan şirkətlər müxtəlif sənaye sahələri üzrə təqdimatlar edirlərər”, - deyə o qeyd edib.