Bakı. Trend:
Dünyanın ən varlı insanlarından biri olan Uorren Baffet ilin sonuna qədər "Berkshire Hathaway" şirkətinin baş direktoru vəzifəsini tərk edəcəyini açıqlayıb.
Trend-in məlumatına görə, onun yerinə şirkətin vitse-prezidenti Qreq Abel gələcək.
"Düşünürəm ki, ilin sonunda Qreqin şirkətə rəhbərlik etməsinin vaxtı olacaq. Mən bunu direktorlar şurasına məruzə edəcəyəm və bunu [Abellə bağlı] tövsiyəmlə müşayiət edəcəyəm, onlara bu barədə düşünməyə vaxt verəcəyəm, və bir neçə aydan sonra növbəti iclasda 11 direktorun rəyinə uyğun qərar verəcəyik. Düşünürəm ki, onlar hamı yekdilliklə bu təklifi dəstəkləyəcəklər. Beləliklə, ilin sonunda Qreq Berkshire Hathaway şirkətinin baş direktoru olacaq", - deyə o bildirib.
94 yaşlı U.Baffet şirkətin işləri ilə bağlı məlumatlı olmağa davam edəcəyini və "zaman zaman ona xidmət edə biləcəyinə" ümid etdiyini bildirib.