...

Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə ağacəkmə tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 3 May 2025 18:32 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə ağacəkmə tədbiri keçirilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində mayın 3-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ağacəkmə tədbiri keçirilib.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəhbərliyinin və kollektivinin iştirakı ilə keçirilən tədbir zamanı Xəzər rayonunun Şüvəlan qəsəbəsində ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı 1500-dən çox ağac əkilib.

Ekologiya mütəxəssislərinin iştirakı ilə əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, suvarma işləri görülüb.

Maliyyə Nazirliyinin kollektivi tərəfindən davamlı olaraq keçirilən yaşıllaşdırma tədbirləri Ulu öndər Heydər Əliyevin əziz xatirəsini uca tutmaq, Ümummilli liderin təbiətə, ekologiyaya qayğı ənənələrini yaşatmaq məqsədini daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti