Bakı. Trend:
Kommunikasiya sahəsində aparıcı qlobal oyunçu olan Montfort Eurasia və Trend BİA şirkəti COP29 ətrafında bütün ən maraqlı xəbərləri toplayan "COP on The Steppe" adlı xüsusi layihəyə – birgə bülletenə start verib.
Montfort və Trend sayəsində "COP on The Steppe" layihəsi COP29 hadisələri haqqında məlumatları daha geniş dünya ictimaiyyətinə çatdıracaq.
Baş ofisi Bakıda yerləşən və Xəzər dənizi və Mərkəzi Asiya regionunun aparıcı xəbər agentliyi olan Trend BİA COp29-un geniş işıqlandırılmasında əsas rol oynayır.
Montfort qlobal kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə məsləhətçidir. Şirkət dövlət qurumlarına, şirkətlərə və fiziki şəxslərə xidmət göstərir, onlara beynəlxalq reputasiya yaratmaqda, kapital cəlb etməkdə və yeni bazarlara effektiv şəkildə daxil olmaqda kömək edir.
Montfort - kommunikasiya və ictimai əlaqələr sahəsində məsləhət xidmətləri göstərən qlobal bir şirkətdir. Şirkət dövlət orqanlarına, şirkətlərə və fiziki şəxslərə xidmət göstərərək, onların beynəlxalq reputasiya qurmasına, kapital cəlb etməsinə və yeni bazarlara səmərəli çıxış əldə etməsinə kömək edir.
“COP on The Steppe” materialları Azərbaycanda COP29 zamanı dərc olunur və bu linkdən keçid edərək onları əldə etmək olar.