...

AİB "yaşıl" istiqrazlar üzrə Qlobal Təşəbbüsə start verəcək

Yaşıl iqtisadiyyat Materials 14 Noyabr 2024 12:56 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İnvestisiya Bankı (AİB), digər Avropa inkişaf maliyyə agentliklərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və Avropa Komissiyasının dəstəyi ilə “yaşıl” istiqrazlar üzrə Qlobal Təşəbbüs başladacaq.

Trend xəbər verir ki, bunu Avropa İnvestisiya Bankının vitse-prezidenti Ambruaz Fayol (Ambroise Fayolle) “Qlobal maliyyə sistemi: iqlim fəaliyyətinin maliyyələşdirilməsinin genişləndirilməsi” mövzusunda panel müzakirəsi zamanı bildirib.

“AİB digər Avropa inkişaf maliyyə agentlikləri, AYİB və Avropa Komissiyasının dəstəyi ilə “yaşıl” istiqrazlar üzrə Qlobal Təşəbbüs başladacaq, çünki “yaşıl” istiqrazlar inkişaf etməkdə olan ölkələrdə tez-tez buraxılmır. Bir çox inkişaf etməkdə olan ölkələr hələ “yaşıl” istiqraz buraxmayıb və biz bunu dəyişmək istəyirik, çünki bu istiqrazlar vasitəsilə maliyyələşdirilə biləcək layihələr mövcuddur.

Bundan əlavə, biz bir milyard avro dövlət müəssisələrinin kapitalı və iki milyard avro xüsusi investorların imzalayacağı böyük istiqrazlardan ibarət Fond yaratdıq. Bu fonda “yaşıl” istiqrazlar buraxmağa imkan verəcək ki, bunun vasitəsilə 20 milyard avroya qədər layihələrin maliyyələşdirilməsinə kömək edəcəyinə ümid edirik”, – o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti