...

AİB, Yaşıl İqlim Fondu və Mərkəzi və Qərbi Asiya ölkələri transsərhəd əməkdaşlıq haqqında bəyannamə imzalayıblar (FOTO)

İqtisadiyyat Materials 14 Noyabr 2024 15:20 (UTC +04:00)
AİB, Yaşıl İqlim Fondu və Mərkəzi və Qərbi Asiya ölkələri transsərhəd əməkdaşlıq haqqında bəyannamə imzalayıblar (FOTO)
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB), Yaşıl İqlim Fondu və Mərkəzi və Qərbi Asiya ölkələri iqlim dəyişikliyi, buzlaqlar və transsərhəd əməkdaşlıq üzrə tərəfdaşlıq bəyannaməsi imzalayıblar.

Trend xəbər verir ki, sənəd "Mərkəzi və Qərbi Asiyada buzlaqların əriməsinin qarşısını almaq üçün iqlim dəyişikliyi və regional əməkdaşlıq" mövzusunda keçirilən panel müzakirə zamanı imzalanıb.

Tədbirdə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın ekologiya və təbii sərvətlər nazirləri, Asiya İnkişaf Bankının prezidenti və Pakistanın maliyyə naziri iştirak ediblər.

Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava "Fermalar üçün buzlaqlar" (G2F) proqramının başladılmasını, buzlaqların qorunmasına, su ehtiyatlarının idarə edilməsinə və həssas icmaların müdafiəsinə yönəldiyini və yeddi il ərzində 3,5 milyard ABŞ dolları məbləğində vəsaitin səfərbər edilməsini vurğulayıb.

Proqram, kənd təsərrüfatını və su ehtiyatlarını dəstəkləyərək, Mərkəzi və Qərbi Asiyada dayanıqlılığı gücləndirəcək. G2F-i dəstəkləmək üçün buzlaqların əriməsi ilə bağlı risklərin tədqiqi aparılacaq ki, bunun da məqsədi onların regionun su ehtiyatlarına təsirini qiymətləndirməkdir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti