...

Yeni kollektiv kəmiyyət hədəfinə nail olunması üçün zəmin yaradılıb - Yalçın Rəfiyev

İqtisadiyyat Materials 14 Noyabr 2024 14:41 (UTC +04:00)
Yeni kollektiv kəmiyyət hədəfinə nail olunması üçün zəmin yaradılıb - Yalçın Rəfiyev
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Yeni kollektiv kəmiyyət hədəfinə çatmaq üçün zəmin yaradılıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

“Danışıqların gündəliyinə gəldikdə, biz 6.4-cü maddə üzrə erkən mərhələdə əldə olunan irəliləyişi davam etdiririk və COP29-da danışıqlar gündəliyinin bütün sahələrində sürətlənirik. Xüsusilə bizim əsas prioritetimiz olan ədalətli və iddialı yeni kollektiv kəmiyyət hədəfinə çatmağa diqqət yetiririk”, – deyə o bildirib.

O, yeni kollektiv kəmiyyət hədəfləri ilə bağlı ilkin sənəd mətninin mümkün qədər tez hazırlanmasına çağırıb.

“Tərəflər mətn layihəsinə keçidlə bağlı qərarı alqışlayır və bunu üç il ərzində ilk dəfə texniki proses üçün real əsas kimi dəyərləndirirlər”, – deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti