Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Çad nümayəndə heyətinin rəhbəri Hamid Abakar Süleymanidir.
O, Trend-ə açıqlamasında bildirib ki, COP29-un nəticəsində inkişaf etməkdə olan ölkələr xüsusən də Afrika üçün bir növ yeni siyasi qərarlar və maliyyə yardımları ayırmaqla bağlı razılığa gələ biləcəklər və bu da bizim iqlim dəyişikliyi ilə mübarizəmizi asanlaşdıracaq.
O, Bakıda olmaqlarından çox şad olduğunu bildirib:
"Burada insanlar çox mehribandırlar, hər yerdə hətta küçədə də çox kömək edirlər. Mən sadəcə öz-özümə düşündüm ki, bu, insanlara kömək etmək üçün bir mədəniyyətdir, yoxsa jestdir, amma başa düşürəm ki, bu, uzun müddət mövcud olan davranışdır. Ona görə də Azərbaycan xalqı çox mehribandır. Konfrans çox əla təşkil olunub. Burada hər kəs özünü xoşbəxt hiss edir".
"Ümid edirik ki, COP29-un nəticəsində inkişaf etməkdə olan ölkələr, xüsusən də Afrika üçün bir növ yeni siyasi qərarlar və maliyyə yardımları ayırmaqla bağlı razılığa gələ biləcəklər və bu da bizim iqlim dəyişikliyi ilə mübarizəmizi asanlaşdıracaq.
Mən istəyirəm ki, COP29 bu cür iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün yeni maliyyə planının səfərbər edilməsi ilə nəticələnsin. İnkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə uyğunlaşma və təsirin azaldılması nəticələrini həyata keçirməyə imkan verə biləcək maliyyə dəstəyinin təmin edilməsində liderliklərini nümayiş etdirsinlə. Beləliklə, bu konfransı maliyyə və investisiyalar üçün geniş fürsətlər vəd edən COP adlandıra bilərik.
Bütün inkişaf etməkdə olan ölkələr və xüsusən də Afrika iqlim dəyişikliyinin təsirlərində yaşayır. Buna görə də dünya iqlim böhranına qarşı birgə mübarizə aparmalıdır", - o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.