Bakı. Trend:
AİB inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliklərinə davamlı və iqlim çağırışlarına cavab verə bilən maliyyə sistemlərinin inkişafı və gücləndirilməsi istiqamətində hədəfli və ixtisaslaşmış səylərini artırır.
Trend xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti İnmin Yanq (Yingming Yang) (Ambroise Fayolle) “Qlobal maliyyə sistemi: iqlim fəaliyyətinin maliyyələşdirilməsinin genişləndirilməsi” mövzusunda panel müzakirəsi zamanı bildirib.
“AİB inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliklərinə dayanıqlı maliyyə sistemlərinin inkişafı və gücləndirilməsi üçün hədəfli və ixtisaslaşmış səylərini artırır. Biz müştəri bankları iqlim maliyyələşdirmə sistemlərini tətbiq etmək və institusionallaşdırmaq üçün ənənəvi kreditlərdən istifadə edərək, iqlim layihələrinin kreditləşdirilməsini artırırıq. Həmçinin, ölkələrə iqlim maliyyələşdirilməsi üçün hərtərəfli çərçivə yaratmağa kömək etmək məqsədilə siyasətə əsaslanan kreditlərdən də aktiv şəkildə istifadə edirik”, – deyə o bildirib.
İ.Yanqın sözlərinə görə, AİB, həmçinin, ən yaxşı təcrübələri genişləndirmək üçün regional yanaşmadan istifadə edir.
“Bu yaxınlarda biz iqlim və təbii fəlakət riskləri mövzusunda forum keçirdik ki, burada siyasətçilər, tənzimləyicilər və praktiki mütəxəssislər iqlim sığortası kimi iqlim dəyişikliyi problemlərinin həlli üçün maliyyə və sığorta bazarlarının genişləndirilməsi barədə ideya və təcrübə mübadiləsi apardılar.
Maliyyə institutlarının və siyasət dəyişikliklərinin nisbi əhəmiyyəti ilə bağlı olaraq, hər bir ölkənin xüsusiyyətlərinə uyğun yanaşmanın, siyasət və maliyyə institutlarının dəyişdirilməsi və prioritetləşdirilməsi üçün əsas olduğunu düşünürəm. Bu aspektlər daxili potensial, makroiqtisadi vəziyyət və ölkənin inkişaf səviyyəsi kimi amillər siyasət dəyişikliyinin və maliyyə innovasiyalarının həyata keçirilmə imkanlarını və prioritetlərini müəyyən edir. Buna görə də AİB-də biz bu boşluqları aradan qaldırmaq üçün potensialın inkişaf etdirilməsinə kömək etməyə çalışırıq”, – deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.