Bakı. Trend:
Noyabrın 14-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçı ilə telefon danışığı aparıb.
Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, nazirlər söhbət zamanı ikitərəfli gündəliyi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.