...

Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir (FOTO/VİDEO)

Cəmiyyət Materials 14 Noyabr 2024 11:08 (UTC +04:00)
Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir (FOTO/VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Kəlbəcər şəhərinin daxili yollarının tikintisini davam etdirir.

Trend agentliyə istinadən xəbər verir ki, şəhərin ilk yaşayış məhəlləsinin təməli 2023-cü il mayın 27-də Prezident İlham Əliyevin rayona səfəri zamanı qoyulub.

Şəhərin daxili yollarının 4 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-4 ədəd, eni 3-3,5 metr, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 0.7-1,5 metr, piyada zolağının eni 2-4 metr, tramvay zolağının eni isə 4 metr təşkil edir. Yolların torpaq yatağının eni 12-18-24-30 metr olaraq dəyişir.

Ümumi uzunluğu 26,5 km təşkil edəcək şəhər daxili yollarının birinci mərhələdə 18,9 km hissəsinin tikintisi işləri aparılır.

Kəlbəcər şəhərinin ilk yaşayış məhəlləsini əhatə edən 6 km uzunluğunda daxili yollarda yol yatağının tikintisi başa çatıb, hazırda təqribən 3.6 km hissədə torpaq işləri həyata keçirilir.

Bundan başqa küçələr boyu Kəlbəcər şəhərinin kommunikasiya xətlərinin (su, kanalizasiya, yağış suları boruları, qaz, rabitə və elektrik xətləri) tikintisi işlərinin də icrası artıq yekunlaşmaq üzrədir.

"İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq Kəlbəcər şəhərinin daxili yollarının tikintisi layihəsinin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti