...

İqlim Skanerinin təkmilləşdirilməsi vacibdir - INTOSAI-ın sədri

İqtisadiyyat Materials 14 Noyabr 2024 12:15 (UTC +04:00)
İqlim Skanerinin təkmilləşdirilməsi vacibdir - INTOSAI-ın sədri
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

İqlim Skanerinin təkmilləşdirilməsi vacibdir.

Trend xəbər verir ki, bunu bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatası və Ali Audit Orqanlarının (AAO) Beynəlxalq Təşkilatı olan INTOSAI-ın təşkilatçılığı ilə “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə INTOSAI-ın növbəti dövr üzrə sədri, Braziliya Federal Hesablama Məhkəməsinin vitse-prezidenti Vital do Reqo deyib.

INTOSAI-ın növbəti dövr üzrə sədri bildirib ki, İqlim Skanerinə qoşulan 141 ölkənin ali audit orqanından 61-i bu qiymətləndirməni yekunlaşdırıb:

"Lakin bu alətin təkmilləşdirilməsi üzrə işlər davam etdiriləcək. Belə ki, iqlim fəaliyyəti mexanizmlərinin icmalını təqdim etmək, müvafiq məlumatları qlobal ictimaiyyətə effektiv şəkildə çatdırmaq məqsədilə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur".

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti