...

Aİ xarici işlər nazirləri İsraillə siyasi dialoqun dayandırılması təklifini müzakirə edəcəklər

Dünya xəbərləri Materials 15 Noyabr 2024 01:20 (UTC +04:00)

Bakı. Trend:

Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Josep Borrel noyabrın 18-də Aİ xarici işlər nazirlərini İsraillə siyasi dialoqun dayandırılması imkanını müzakirə etməyə dəvət edəcək.

Trend-in məlumatına görə, bu barədə Avropa diplomatiyasının rəhbərinin mətbuat katibi Peter Stano Brüsseldə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, J.Borrell nazirlərdən təkliflə bağlı fikirlərini soruşacaq.

Aİ Xarici Əlaqələr Şurasının növbəti iclasında Borrel üzv ölkələrin İsrailin Qəzzada hərbi əməliyyatları nəticəsində nə gördüklərini müzakirə etmək istərdi. Məqsəd onların insan hüquqlarının, humanitar və beynəlxalq hüququn pozulub-pozulmaması ilə bağlı mövqeyini müəyyən etməkdir.

Borrelin rəsmi sözçüsü izah edib ki, Aİ-nin İsraillə münasibətlərinin siyasi çərçivəsi Assosiasiya Sazişidir.

Xəbər lenti

Xəbər lenti