Bakı. Trend:
Avropa İttifaqı (Aİ) noyabrın 25-dən dekabrın 10-dək Almaniyada sürətli yerləşdirmə qüvvələrinin ikinci səhra təlimini keçirəcək.
Trend-in məlumatına görə, bu barədə Aİ-nin diplomatik xidməti bildirib.
"Təlimlərdə Aİ-nin 15 ölkəsindən 1700 nəfər iştirak edəcək", - deyə qeyd olunub.
Təlimin məqsədi hərbi əməliyyatların planlaşdırılması və aparılması zamanı Avropa İttifaqının müxtəlif dövlətlərindən olan bölmələrin uyğunluğunu yoxlamaqdır.
Təlim üç komanda-qərargah mərhələsini - strateji, taktiki və əməliyyat səviyyələrini, o cümlədən dağ, piyada və tibb bölmələrinin, eləcə də dəstək qüvvələrinin iştirakı ilə birləşmiş döyüş qrupunun səhra manevrlərini əhatə edəcək.