...

Növbəti konkret addımlardan biri enerji keçidinin ikinci mərhələsi olacaq - IRENA

Yaşıl iqtisadiyyat Materials 15 Noyabr 2024 09:39 (UTC +04:00)
Növbəti konkret addımlardan biri enerji keçidinin ikinci mərhələsi olacaq - IRENA
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Növbəti konkret addımlardan biri, gələn ilin ortalarında Bakı Enerji Həftəsi zamanı Bakıda keçiriləcək uyğun layihələrin müəyyən edilməsi komponenti ilə enerji keçidinin ikinci mərhələsi olacaq.

Trend xəbər verir ki, bu barədə IRENA-nın ölkələrlə qarşılıqlı əməkdaşlıq üzrə direktoru Gürbüz Gönül Mərkəzi Asiya üzrə enerji keçidi məsələlərinə dair COP29 investisiya forumunda bildirib.

"O ki, qaldı növbəti addımlara: enerji keçidinin əsas prioritetlərini müəyyən etmək üçün hökumətlərlə daha ətraflı müzakirələr və məsləhətləşmələr aparılacaq, bu həm ayrı-ayrı ölkə səviyyəsində, həm də təşəbbüsün aydın regional xarakterini nəzərə alaraq regional səviyyədə baş tutacaq.

Daha sonra ölkə və regional səviyyədə iş planları hazırlayacağıq ki, harada texniki dəstəyə ehtiyac olduğunu, layihələrin hazırlanması və həyata keçirilməsini necə dəstəkləmək lazım gəldiyini, həmçinin enerji keçidində özəl sektorun daha fəal iştirakını necə stimullaşdırmaq lazım gəldiyini müəyyən edək", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti