...

Trabzon hava limanında sərnişindaşıma 3 milyon nəfəri keçib

İqtisadiyyat Materials 15 Noyabr 2024 09:51 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin oktyabr ayında Trabzon Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 3 milyon 141 min 283 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 5 faiz artaraq, 2 milyon 417 min 779 nəfər, beynəlxalq reyslər üzrə isə 11 faiz azalaraq 723 min 504 nəfər təşkil edib.

2024-cü ilin oktyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq 32 min 893 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 20 min 472 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 10 faiz azalaraq, 12 min 421 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin oktyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 4 faiz azalaraq, 20 min 915 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz azalaraq, 15 min 85, beynəlxalq reyslər üzrə isə 9 faiz azalaraq 5 min 830 olub.

Bu ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 177 milyon 135 min 729 nəfər, yük daşınması isə 3 milyon 712 min 255 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti