Bakı. Trend:
2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən Gürcüstana polad ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 20,9 faiz artaraq, 165,1 milyon dollara bərabər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“2024-cü ilin oktyabr ayında Türkiyə Gürcüstana 18,7 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 19,8 faiz artıb”, – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 9 faiz artaraq, 13,5 milyon dollara bərabər olub.
“Bu ilin oktyabr ayında Türkiyə 1,2 milyon dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 4,3 faiz azdır,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023 – oktyabr 2024) Türkiyə 16 milyon dollar məbləğində polad ixrac edib.