Bakı. Trend:
Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyaların açılması yeni mövzu deyil.
Trend xəbər verir ki, bunu COP29 kuluarlarında jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, Üçtərəfli bəyanatda buna dair bənd mövcuddur.
"Burada Ermənistanın üzərinə götürdüyü öhdəliklər mövcuddur. Mövzu uzun müddət ərzində müzakirə predmetidir. Üç il yarım müzakirələrdən sonra demək olar ki, razılıq əldə olunub sözü hesab edirik ki, gecikmiş sözdür. Bu razılıq çoxdan əldə olunmalı idi.
Hələ bununla bağlı rəsmi sənəd yoxdursa, qarşı tərəf heç bir işə başlamayıbsa, deməli hələ də açıq məsələlər mövcuddur. Azərbaycan tərəfi isə öz ərazisində nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı sürətli işlər görür və həmin infrastruktur Ermənistanla sərhədə qədər yaxın zamanda çatdırlacaq", - Nazir bildirib.