Bakı. Trend:
c-nin yeni seçilmiş prezidenti Donald Tramp ətraf mühit üzrə hüquqşünas və prezidentliyə keçmiş namizəd Robert Kennedinin Səhiyyə və İnsan Xidmətləri Nazirliyinin rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb.
Trend-in məlumatına görə, bu barədə D.Tramp sosial şəbəkələrdə bildirib.
O qeyd edib ki, Nazirlik "hər bir insanın bu ciddi sağlamlıq böhranına səbəb olan zərərli kimyəvi maddələrdən, ətraf mühiti çirkləndiricilərdən, pestisidlərdən, əczaçılıq məhsulları və qida əlavələrindən qorunmasının təmin edilməsində mühüm rol oynayacaq".
D.Trampın sözlərinə görə, Kennedi səhiyyə müəssisələrinə “xroniki xəstəlik epidemiyasına son qoymaq və Amerikanı yenidən böyük və sağlam etmək üçün qızıl standart elmi tədqiqat ənənəsi və şəffaflıq prinsiplərinə qayıdacaq!”