...

Mərkəzi Asiya bərpa olunan enerji mənbələrinin inkişafı üçün səylərini birləşdirməlidir - IRENA

İqtisadiyyat Materials 15 Noyabr 2024 10:18 (UTC +04:00)
Mərkəzi Asiya bərpa olunan enerji mənbələrinin inkişafı üçün səylərini birləşdirməlidir - IRENA
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Asiya ölkələrinin bərpa olunan enerji mənbələrinin (BEM) inkişafı üçün səylərini birləşdirməsi vacibdir.

Trend xəbər verir ki, bu barədə COP29 çərçivəsində Mərkəzi Asiya üzrə enerji keçidi məsələlərinə həsr olunmuş investisiya forumunda Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera bildirib.

“COP29 çərçivəsində enerji keçidinə həsr olunmuş investisiya forumunun keçirilməsi, Mərkəzi Asiyada bərpa olunan enerji sektoruna investisiyaların təşviqində mühüm rol oynayacaq. Regionun bərpa olunan enerji sahəsində böyük potensialı var. Mərkəzi Asiya ölkələrinin hamısı BEM–in inkişafı üçün səylərini birləşdirməlidir”, - deyə o bildirib.

Françesko La Kamera qeyd edib ki, enerji təhlükəsizliyini təmin etmək və istiləşməni 1,5 dərəcə səviyyəsində saxlamaq üçün bərpa olunan enerji sahəsinə investisiya qoymaq lazımdır.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti