...

Dekabrdan əvvəl Ermənistan tərəfi ilə görüş mümkün deyil - Ceyhun Bayramov

Siyasət Materials 15 Noyabr 2024 11:49 (UTC +04:00)
Dekabrdan əvvəl Ermənistan tərəfi ilə görüş mümkün deyil - Ceyhun Bayramov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasınsa danışıqlar prosesinin iki komponenti var. Biri fiziki görüşlərdir.

Trend xəbər verir ki, bunu COP29 kuluarlarında jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Təbii ki, onun özünün əhəmiyyəti var. Hazırda Azərbaycan heyətinin əsas fokusu COP-la bağlıdır. Bu səbəbdən dekabrdan öncə fiziki görüşlərin olması mümkün deyil.

Dekabr ya yanvar ayında olması sonrakı məsələdir. Hələlik bununla bağlı hər hansı konkret razılaşma yoxdur. Fiziki görüşlərdən başqa, sənəd üzərində iş davam edir və bu iş hazırda da dayanmayıb”.

Xəbər lenti

Xəbər lenti