...

COP29 məkanında İnsan Haqları Çərçivələrindən istifadə mövzusunda yan tədbir keçirilib (FOTO)

Yaşıl iqtisadiyyat Materials 15 Noyabr 2024 14:40 (UTC +04:00)
COP29 məkanında İnsan Haqları Çərçivələrindən istifadə mövzusunda yan tədbir keçirilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün COP29 Yaşıl Zonada yerləşən Azərbaycan Milli QHT Forumunun (AMQF) pavilyonunda “Afrikada Qlobal Uyğunlaşma Məqsədinin inklyuzivliyini və onun həyata keçirilməsini təşviq etmək üçün İnsan Haqları Çərçivələrindən istifadə” mövzusunda yan tədbir keçirilib.

Trend xəbər verir ki, tədbir AMQF və PACJA (Pan-Afrika İqlim Ədaləti Alyansı) tərəfindən təşkil edilib.

Tədbirdə 47 Afrika Milli İnsan Hüquqları İnstitutunu (MİHİ) birləşdirən regional Afrika Milli İnsan Hüquqları İnstitutları Şəbəkəsinin (NANHRI) sədri, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) xanım Səbinə Əliyeva, Qətər Milli İnsan Hüquqları İnsititutunun sədri, və PACJA İcraçı direktoru açılış nitqi ilə çıxış ediblər.

NANHRI, Paris Prinsiplərinə uyğun olaraq, qitədə insan hüquqlarının təşviqi və müdafiəsi üçün MİHİ-lərin yaradılmasını və onların gücləndirilməsini dəstəkləyir.

Tədbirin məqsədi Adaptasiya üzrə inklüziv Qlobal Məqsəd və onun Afrikada tətbiqi üçün İnsan Hüquqları Çərçivəsindən necə istifadə olunacağına dair müzakirə platforması təmin etmək, iqlim ədalət mühakiməsi iştirakçıları və digər maraqlı tərəflər arasında koordinasiyanın gücləndirilməsi yollarını müzakirə etməkdir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti