Bakı. Trend:
2024-cü ilin oktyabr ayında Türkiyənin Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 9 milyon 854 min 587 nəfər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 4 faiz artaraq, 5 milyon 579 min 488 nəfər, beynəlxalq reyslər üzrə isə 15 faiz artaraq 4 milyon 275 min 99 nəfər təşkil edib.
2024-cü ilin oktyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 139 min 435 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq, 71 min 134 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 8faiz artaraq, 68 min 301 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin oktyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 7 faiz artaraq, 60 min 359 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz artaraq ,32 min 92, beynəlxalq reyslər üzrə isə 15 faiz artaraq 28 min 267 olub.
Bu ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 177 milyon 135 min 729 nəfər, yük daşınması isə 3 milyon 712 min 255 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.