...

"Yaşıl" hidrogen Azərbaycanın enerji ixracı portfelinin şaxələndirmə strategiyasının əsas elementidir - Nazir

Yaşıl iqtisadiyyat Materials 15 Noyabr 2024 14:45 (UTC +04:00)
"Yaşıl" hidrogen Azərbaycanın enerji ixracı portfelinin şaxələndirmə strategiyasının əsas elementidir - Nazir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Yaşıl" hidrogen Azərbaycanın enerji ixrac portfelini şaxələndirmə və dekarbonizasiya siyasətini irəli aparma strategiyasının əsas elementi olaraq çıxış edir.

Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində enerji təşəbbüsləri üzrə Nazirlər Dialoqu zamanı bildirib.

"Hidrogen strategiyasının COP çərçivəsində elan edilməsi bu yola sadiqliyimizi vurğulayır. Bu təşəbbüs həm dövlət, həm də qeyri-dövlət subyektləri üçün iqlim məqsədlərinə çatmaqda güclü stimula çevriləcək.

Burada, COP29-da hər birinizi bu öhdəliklərə qoşulmağa, iqlim tədbirlərini gücləndirməyə və parlaq gələcəyə doğru birgə addımlar atmağa dəvət edirik.

Biz, həmçinin, bu təşəbbüslərin gələcək COP sessiyalarında irəliləyişini qiymətləndirməyi və bu nailiyyətləri MAQATE və IRENA-nın hesabatlarında əks etdirməyi vacib hesab edirik. Sizin dəstəyiniz bizim kollektiv gücümüzü artırır. Gəlin, COP29-u qlobal iqlim səylərini yeni səviyyəyə qaldıran və dünyamız üçün dayanıqlı gələcək quran əlamətdar bir tədbir edək", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti