...

"PAŞA Sığorta" "GüclüSən" adlı korporativ sosial məsuliyyət layihəsinin növbəti tədbirini keçirib (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2024 16:35 (UTC +04:00)
"PAŞA Sığorta" "GüclüSən" adlı korporativ sosial məsuliyyət layihəsinin növbəti tədbirini keçirib (FOTO)

Bakı. Trend:

"PAŞA Holding"in törəmə şirkətlərindən olan "PAŞA Sığorta" “GüclüSən” adlı korporativ sosial məsuliyyət layihəsinin növbəti tədbirini keçirib.

Artıq iki ildən çoxdur ki, davam edən xanımların süd vəzi xərçəngi ilə bağlı maarifləndirilməsinə həsr olunmuş PAŞA Sığortanın “GüclüSən” adlı layihəsinin növbəti tədbiri baş tutub.

Qeyd edək ki, sentyabr-oktyabr ayları ərzində Liv Bona Dea ilə birlikdə 120 xanıma ödənişsiz mamoqrafiya müayinəsi və həkim konsultasiyası hədiyyə olunub.

Tədbir zamanı Liv Bona Deanın Baş həkimi Uzm. Dr. Cabir Gülmalıyev layihəyə dəstək olmaqdan məmnunluq duyduqlarını və bu cür təşəbbüslərin davam etməyin əhəmiyyətini qeyd edib.

"PAŞA Sığorta" şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan “PAŞA Sığorta” 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Xəbər lenti

Xəbər lenti