...

Əli Əsədov Ümumdünya Yaşıl İqtisadiyyat Təşkilatının sədri ilə yaşıl enerjiyə keçidlə bağlı əməkdaşlığı müzakirə etdi

Siyasət Materials 15 Noyabr 2024 17:24 (UTC +04:00)
Əli Əsədov Ümumdünya Yaşıl İqtisadiyyat Təşkilatının sədri ilə yaşıl enerjiyə keçidlə bağlı əməkdaşlığı müzakirə etdi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 15-də Ümumdünya Yaşıl İqtisadiyyat Təşkilatının sədri Səid Məhəmməd Əl Tayerlə görüşüb.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüşdə Bakıda keçirilən COP29-un önəmi qeyd edilib, tədbirdə qlobal miqyasda yaşıl keçidin sürətləndirilməsi ilə bağlı vacib qərarların qəbul ediləcəyinə əminlik ifadə olunub.

Ölkəmizdə “yaşıl iqtisadiyyat”ın genişləndirilməsi, ətraf mühitin sağlamlaşdırılması, istixana effekti yaradan qaz emissiyalarının azaldılması, işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması istiqamətində aparılan işlər, həmçinin bərpaolunan enerji sahəsində həyata keçirilən uğurlu layihələr barədə məlumat verilib.

Söhbət əsnasında yaşıl enerjiyə keçidlə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti