...

ABŞ-nin uğurla davam edən COP29-a dəstəyini vurğulamaqdan məmnunluq duyuram - Dövlət katibinin köməkçisi

İqtisadiyyat Materials 15 Noyabr 2024 19:20 (UTC +04:00)
ABŞ-nin uğurla davam edən COP29-a dəstəyini vurğulamaqdan məmnunluq duyuram - Dövlət katibinin köməkçisi
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Burada nazir müavini ilə birlikdə olmaqdan və Amerikanın uğurla davam edən COP29-a dəstəyini vurğulamaqdan böyük məmnunluq duyuram. Azərbaycan ABŞ-ın onilliklər ərzində gördüyü bir çox işin və enerji sahəsində çoxsaylı müzakirələrin mərkəzində olub.

Trend xəbər verir ki, bunu ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt (Geoffrey Pyatt) COP29 çərçivəsində SOCAR-ın təşkilatçılığı ilə keçirilmiş “İstehsaldan daha çoxu: Enerji keçidi məqsədlərinə nail olmaq üçün infrastrukturun yaradılması” mövzusunda sessiyada deyib.

“Biz enerji keçidi dövründə investisiyalara tələbat olduğunu görürük. Təmiz enerji iqtisadiyyatına investisiya ABŞ-da il ərzində təxminən yarım trilyon dollara yaxındır”, - deyə ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti