Bakı. Trend:
Şotlandiyanın Edinburq şəhərinin simvollarından biri kimi tanınan, qədim vulkan mənşəli “Arthur’s Seat” (“Arturun taxtı”) zirvəsində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan bayrağı dalğalandırılıb.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, bayrağımızı Qlazqo, Aberdin və Edinburq universitetlərinin tələbələrinin təşəbbüsü ilə yaradılan Azərbaycan cəmiyyətlərinin üzvləri ucaldıb.
Qeyd edək ki, Qlazqo Azərbaycan Cəmiyyəti 2022-ci, Aberdin Azərbaycan Cəmiyyəti 2023-cü və Edinburq Azərbaycan Cəmiyyəti isə 2024-cü ildə azərbaycanlı tələbələr tərəfindən yaradılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bir çox layihəni uğurla həyata keçirən hər üç cəmiyyət Azərbaycanı beynəlxalq səviyyədə tanıtmaq, ölkəmizin mədəniyyətini, tarixini və milli dəyərlərini dünyaya çatdırmaq işində fəallıq göstərir.