...

"Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsinə tam dəstək lazımdır - Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi

Yaşıl iqtisadiyyat Materials 16 Noyabr 2024 10:12 (UTC +04:00)
"Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsinə tam dəstək lazımdır - Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsinə tam dəstək göstərilməlidir.

Trend xəbər verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Dorin Boqdan-Martin “Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada bildirib.

“Bizim üzv dövlətlər rəqəmsal transformasiya və dayanıqlılığın əl-ələ verməli olduğunu dərk ediblər. Məhz buna görə BTİ rəqəmsal transformasiyanı davamlılıqla birləşdirməyi iki strateji məqsədindən biri kimi qəbul edib.

Onlar bu təşəbbüsün hərəkətverici qüvvəsidir. Eyni zamanda, xatırlamalıyıq ki, iqlim dəyişikliyi ilə mübarizə BMT-nin Gələcək haqqında Paktı və onun Qlobal Rəqəmsal Razılaşmasının əsasını təşkil edir. Əlbəttə, rəqəmsal sənaye liderlərindən, bir çoxu burada iştirak edən nümayəndələrdən ümidverici addımlar görürük.

Texnologiya şirkətləri bərpa olunan enerjinin ən böyük alıcılarından biridir və onların bəziləri artıq tamamilə bərpa olunan enerji mənbələrindən istifadə edir. Bununla yanaşı, BTİ-nin “rəqəmsal şirkətlərin yaşıllaşdırılması” adlı hesabatında göstərildiyi kimi, texnologiya sektorunun ekoloji izi qlobal avadanlıq, şəbəkə xidmətləri və məlumatların saxlanması tələbatının artması səbəbindən böyüməyə davam edir.

Rəqəmsal sektor “daha ekoloji” olmaq məsələsində daha çox iş görə bilər və görməlidir. Məhz bu səbəbdən bu gün burada toplandıq ki, COP29 çərçivəsində “Yaşıl Rəqəmsal Fəaliyyət” bəyannaməsinə dəstək verək”, - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti