Bakı. Trend:
Türkiyədə baş verən ağır yol qəzasında 7-si polis əməkdaşları olmaqla 11 nəfər xəsarət alıb.
Trend xəbər verir ki, hadisə Konyada qeydə alınıb.
Polis əməkdaşlarını daşıyan avtobusla minik avtomobilinin toqquşması nəticəsində daha 1 nəfər hadisə yerində ölüb.
Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.