...

COP for Hope: Yalnız birgə səylər bizə okean ekosisteminin qorunması üçün ümid verə bilər - Tonqa Krallığının nümayəndəsi

Cəmiyyət Materials 16 Noyabr 2024 12:13 (UTC +04:00)
COP for Hope: Yalnız birgə səylər bizə okean ekosisteminin qorunması üçün ümid verə bilər  - Tonqa Krallığının nümayəndəsi
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Tonqa Krallığının nümayəndəsi, “OHAI” QHT-nin prezidenti Villi Lusidir.

O, Trend-ə müsahibəsində bildirib ki, yalnız birləşərək iqlim disbalansına qarşı dura bilərik.

“Bütün dünya Bakıda bir məqsəd üçün toplanıb – iqlim problemlərinin həlli ilə bəşəriyyətə bu çətin dövrdə kömək etmək. Bunun üçün ciddi maliyyələşmə tələb olunur.

“OHAI” Tonqada və Sakit Okeanın cənubunda iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması və dayanıqlılığın artırılması üçün çalışır. Biz ictimaiyyət, donor tərəfdaşlar və hökumətlərlə əməkdaşlıq edərək iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq, gəncləri cəlb etmək və potensialı artırmaq məqsədilə tədbirlər təşəbbüs edirik və irəlilədirik. Birlikdə işləyərək vəziyyəti yaxşıya doğru dəyişə bilərik.

Biz buradayıq ki, Antarktidadan Tonqaya qədər olan sahələrdə Kambur balinalar üçün “balina dəhlizi” yaratmaq işimizi davam etdirək. Hazırda bütün dünyanın üzləşdiyi bir vəziyyətdəyik – iqlim disbalansı. Buna görə də okeanı tarazlaşdırmaq və harada olmağımızdan asılı olmayaraq, ekoloji tarazlıqda qalmaq üçün əlimizdən gələni etməyi bacarmalıyıq.

Yalnız birgə səylər bizə okean ekosisteminin qorunması üçün ümid verə bilər”, - deyə Villi Lusi qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti