...

Əgər davamlı gələcək istəyiriksə, ən yaxşı təcrübələrimizi paylaşmalıyıq - Yunanıstanlı nazir

Yaşıl iqtisadiyyat Materials 16 Noyabr 2024 11:42 (UTC +04:00)
Əgər davamlı gələcək istəyiriksə, ən yaxşı təcrübələrimizi paylaşmalıyıq - Yunanıstanlı nazir
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində iqlim dəyişikliyinin mədəniyyətə təsiri mövzusunda maraqlı bir görüş keçiriləcək.

Bunu Trend-ə Bakıya səfəri çərçivəsində Yunanıstanın mədəniyyət naziri Lina Mendoni deyib.

“Azərbaycanda olmaqdan çox məmnunuq və göstərilən qonaqpərvərliyə görə minnətdarlığımızı bildiririk. Biz birgə çalışırıq. Əgər davamlı gələcək istəyiriksə, ən yaxşı təcrübələrimizi paylaşmalıyıq”, - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti