...

Çin rəqəmsal və “yaşıl” sənaye inteqrasiyalı ekosisteminin yaradılması üzərində işləyir

Yaşıl iqtisadiyyat Materials 16 Noyabr 2024 11:39 (UTC +04:00)
Çin rəqəmsal və “yaşıl” sənaye inteqrasiyalı ekosisteminin yaradılması üzərində işləyir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Çin rəqəmsal və “yaşıl” sənaye inteqrasiyalı ekosisteminin yaradılması üzərində işləyir.

Trend xəbər verir ki, bunu Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin (MIIT) enerji qənaəti və resurslardan istifadə üzrə baş direktor müavini Din Çjiczyun “Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada deyib.

“Rəqəmsal və “yaşıl” transformasiya qlobal inkişafın vacib mövzularına çevrilib, çünki bu iki istiqamət bir-birinə inteqrasiya olunaraq qarşılıqlı inkişafı təşviq edir.

Əvvəlki gün Çin istehsalı olan yeni enerji ilə işləyən ağıllı avtomobillərin illik istehsalı 10 milyon ədədi keçdi ki, bu da qlobal “yaşıl” transformasiya prosesinə Çinin töhfəsidir.

Hazırda rəqəmsal və “yaşıl” transformasiya iki əsas trendə çevrilib və onların yolları kəsişir. Bu, bütün dünya ölkələrindən birləşərək, irəliləməyi və heç kəsin geridə qalmamasını təmin etməyi tələb edən qlobal internet icması tərəfindən qəbul olunmuş bir konsensusa çevrilib.

Gələcəkdə daha yaxşı nəticələr əldə etmək üçün biz növbəti mərhələdə rəqəmsal və “yaşıl” transformasiyanın inteqrasiyasını aşağıdakı istiqamətlərdə irəlilədəcəyik. Birincisi, rəqəmsal sənayenin “yaşıl” və aşağı karbonlu inkişafı təşviq ediləcək. İkincisi, rəqəmsal texnologiyaların şaquli sahələrdə “yaşıl” transformasiya təsiri artırılacaq. Üçüncüsü, rəqəmsal və “yaşıl” sənaye inteqrasiyalı ekosistemi yaradılacaq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti