Bakı. Trend:
Azərbaycanda yeni texnologiyaların tətbiqi yüksək səviyyədədir. Hazırda mən bunu əyani şəkildə görürəm.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) Trend-ə verilən məlumata görə, bu sözləri RİNN-in həmtəşkilatçılığı ilə keçirilmiş Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masada iştirak edən “Fujitsu” şirkətinin korporativ icraçı direktoru Takashi Yamanishi deyib.
O əlavə edib ki, Azərbaycanda hökumətin rəqəmsallaşması digər ölkələrlə müqayisədə daha yaxşıdır.