...

İnfrastrukturun təxminən 40 faizi iqlim təsirlərinə qarşı həssas olaraq qalır - UNEP

Yaşıl iqtisadiyyat Materials 16 Noyabr 2024 17:47 (UTC +04:00)
İnfrastrukturun təxminən 40 faizi iqlim təsirlərinə qarşı həssas olaraq qalır - UNEP
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda infrastrukturun təxminən 40 faizi iqlim təsirlərinə qarşı həssas olaraq qalır.

Trend xəbər verir ki, bunu Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaqın və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkil etdiyi Parlament Görüşündə "İqlim dəyişikliyi qarşısında davamlılığın artırılması: uyğunlaşmanın genişləndirilməsi və yerli imkanların gücləndirilməsi” mövzusunda sessiya zamanı BMT-nin Ətraf Mühit Proqramının (UNEP) iqlim departamentinin rəhbəri Mirey Atalla deyib.

"Razılaşdırılmış kreditlər, əgər infrastruktur layihələndirilməsində gələcək iqlim riskləri nəzərə alınmayıbsa, milli xəzinə üçün əlavə maliyyə yükünə çevrilə bilər", - o bildirib.

O, Pakistandakı sel fəlakətinin dağıdıcı nəticələrini nümunə göstərib. Hesablamalara görə, infrastruktur və zərər çəkmiş bölgələrin bərpası üçün çəkilən xərclər təxminən 40 milyard dollar olub.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edirlər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti