...

Bakıda COP29-da “Culture for Climate” mövzusunda yan tədbir keçirilib (FOTO)

Yaşıl iqtisadiyyat Materials 16 Noyabr 2024 17:50 (UTC +04:00)
Bakıda COP29-da “Culture for Climate” mövzusunda yan tədbir keçirilib (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıdakı COP29 çərçivəsində "Culture for Climate" adlı yan tədbir keçirilib. Tədbir iqlim dəyişikliyinə qarşı effektiv tədbirlərin hazırlanmasında mədəniyyət və irsin rolunun müzakirəsinə həsr olunub.

Trend xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası "X" sosial şəbəkəsində məlumat yayıb.

"Mütəxəssislər və yüksək səviyyəli nümayəndələr mədəniyyətin sistem dəyişikliyinə necə təkan verə biləcəyini, inklüzivliyi necə təmin edə biləcəyini və iqlim problemləri ilə mübarizədə davamlılığı necə artıra biləcəyini müzakirə etdilər. Azərbaycan Pavilyonunda keçirilən tədbirdə davamlı gələcəyin yaradılmasında mədəniyyətin əhəmiyyəti vurğulanaraq regional və milli yanaşmalar müzakirə edilib", - paylaşımda bildirilir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti