Bakı. Trend:
Çində bıçaqlı hücum nəticəsində 8 nəfər həlak olub, 17 nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə Sinxua agentliyi polisə istinadən məlumat yayıb.
Hadisənin məktəbdə baş verdiyi bildirilir. Hücumun səbəbləri və digər təfərrüatlar hələlik açıqlanmayıb.
Hücumla bağlı araşdırmalar davam edir, hadisə yerinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Yerli hakimiyyət orqanları yaralıların vəziyyətini nəzarətdə saxladıqlarını və ictimaiyyətə ətraflı məlumat veriləcəyini bildiriblər.