...

Yığmamız Avropa çempionatını 5 medalla başa vurub

İdman Materials 16 Noyabr 2024 21:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın Pila şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında şəxsi yarışlara yekun vurulub.

Trend xəbər verir ki, Azərbaycan yığması yarışın ikinci günü yalnız 1 medal qazana bilib.

81 kq çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli bürünc medala sahib olub. O, medal uğrunda görüşdə israilli Yaniv Aqaranova qalib gəlib. Lakin Kənan Nəsibov (+100 kq) eyni uğuru təkrarlaya bilməyib. Cüdoçumuz estoniyalı rəqibinə uduzaraq bürünc medal qazanana bilməyib.

Beləliklə, yığmamız Avropa çempionatını 2 qızıl, 1 gümüş və 2 bürünc medal ilə başa vurub.

Qeyd edək ki, yarışın ilk günündə Hüseyn Allahyarov (60 kq) və Fidan Əlizadə (57 kq) qızıl, Aydan Vəliyeva (52 kq) gümüş, Rüfət Şövlətov (73 kq) isə bürünc medal qazanıb.

Xəbər lenti

Xəbər lenti