Bakı. Trend:
Azərbaycanlı futbolçu Nigar Mirzəliyeva “Zenit” qadın futbol komandası ilə birlikdə Rusiya çempionatının qalibi adını qazanıb.
Trend xəbər verir ki, bu barədə o şəxsi İnstagram hesabında paylaşım edib.
Sankt-Peterburq təmsilçisi son turda əsas rəqibi ÇSKA-nı 1:0 hesabı ilə məğlub edərək çempionluğu təmin edib. Komanda bu mövsüm ərzində keçirdiyi 22 oyunun 20-də qələbə qazanıb, yalnız 2 qarşılaşmada heç-heçə edib.
Nigar Mirzəliyeva cari mövsümdə “Zenit”in heyətində 7 oyuna çıxıb və 1 qol vurub. O, ardıcıl ikinci mövsümdür ki, komandanın çempionluq sevincini bölüşür.
Bu uğur Mirzəliyevanın həm şəxsi karyerasında, həm də Azərbaycan futbolunda əlamətdar hadisə kimi qeyd olunur.