Bakı. Trend:
Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə keçirilən Şamil Umaxanovun xatirə turniri yekunlaşıb.
Trend xəbər verir ki, bu ənənəvi turnirdə Azərbaycanın sərbəst güləş yığmasının bir neçə üzvü məşqçi Şərif Şərifovun rəhbərliyi altında iştirak edib.
Yarışda milli komandanın üç üzvü medal qazanaraq fəxri kürsüyə yüksəlib. İslam Bazarqanov (57 kq) gümüş medal əldə edib. Timur Gülmaqomedov (86 kq) və Aslan Abakarov (97 kq) isə turniri bürünc medalla başa vurublar.