...

Marneulidə vətəndaşlara təmənnasız hüquqi yardımlar davam edir (FOTO)

Cəmiyyət Materials 16 Noyabr 2024 15:00 (UTC +04:00)
Marneulidə vətəndaşlara təmənnasız hüquqi yardımlar davam edir (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda fəaliyyət göstərən “Azərbaycan Evi” ilə “QANUN” Hüquqi Yardım Mərkəzi arasında imzalanan Memoranduma əsasən mərkəzin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamilov "Azərbaycan Evi"ndə öncədən qeydiyyatdan keçmiş, hüquqi problemi olan, Marneuli və ətraf kəndlərdə yaşayan sakinləri qəbul edib.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, qəbulun 6-cı günündə 6 nəfər Gürcüstan vətəndaşı soydaşımızın problemləri dinlənilib.

Onların problemlərinin (vətəndaşlıq, müvəqqəti yaşama qeydiyyatı, aliment, vərəsəlik, mülkiyyət, ailə zorakılığı və s.) həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyəti dövlət qurumlarına, baş prokurorluğa və məhkəmə instansiyalarının elektron ünvanına göndərilib.

Qeyd edilib ki, qəbul günləri davam edir və soydaşlarımız bu xidmətdən yararlanmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilər:

Tel: +995 599 10 96 90

Məqalədə:
Xəbər lenti

Xəbər lenti